Şri-Lanka Prezidenti iyulun 13-də istefa verəcək – ÖLKƏYƏ HƏLƏLİK PARLAMENTİN SPİKERİ RƏHBƏRLİK EDƏCƏK
YENİLƏNİB, FOTO


Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden məlumat verib.

 

Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

 

Bundan əvvəl "Reuters" məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

 

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Baş nazir Ranil Vikramasinkh də vəzifəsini tərk etməyə razılaşıb.

 

Şri-Lanka Müsəlman Konqresinin lideri, deputat Rauff Hakim bildirib ki, ölkə konstitusiyasına əsasən, parlamentin sədri müvəqqəti prezident olacaq. Ölkədəki partiya liderləri də hesab edirlər ki, parlament spikeri müvəqqəti prezident səlahiyyətlərini icra etməlidir və keçid hökuməti qurmağa çalışmalıdır.

 

Qeyd edək ki, aprelin əvvəlindən Şri-Lankada yaşayış şəraitinin pisləşməsinə, yanacaq, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etirazlar davam edir. COVID-19 pandemiyası səbəbindən ölkəyə xarici turistlərin az gəlməsi valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu şəraitdə Şri-Lanka hakimiyyəti resurslara qənaət tətbiq etməyə və idxalı azaltmağa məcbur olub. Nəticədə mart ayında inflyasiya 25%-ə çatıb. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə ölkənin 51 milyard dollara çatan xarici borcu əngəl törədir.

 

**12:52



Şri-Lankada etirazçılar ölkə Prezidenti Qotabaya Rajapaksanın iqamətgahına daxil olub və bir müddət sonra orada  nəzarəti ələ keçiriblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı İqamətgahı izdihamın gəlməsinə bir neçə dəqiqə qalmış tərk edib. 

 

Rəsmi olaraq, Q.Rajapaksa hələ də Şri-Lankanın Prezidenti hesab olunur və hazırda hərbçilər tərəfindən qorunur. Onun harada olması barədə məlumat gizli saxlanılır.

 

KİV-in məlumatına görə, polis iyulun 9-da Kolombonun ən böyük şəhərinin və paytaxtının küçələrinə çıxan minlərlə nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib. 

 

Xatırladaq ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra sosial-siyasi gərginliyə səbəb olan ən ağır iqtisadi böhranla üzləşmişdi. Vətəndaşların həyat şəraitinin pisləşməsinə etirazlar isə aprel ayından başlayıb.

 

Yeri gəlmişkən, Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putindən yanacaq idxalı üçün kredit xətti açmağı xahiş etmişdi. Görünür, başı özünə qarışan Rusiyanın lideri bu vurhavurda həmin müraciətlə maraqlanmağa imkan tapa bilməyib...


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.