ABŞ və Almaniya Ukraynaya vəd etdikləri silahların 60 faizini verməyiblər
AMMA SÖZÜNÜ TUTAN ÖLKƏLƏR DƏ VAR

ABŞ və Almaniya Ukraynaya vəd etdikləri silahların 40 faizindən az hissəsini veriblər.

 

Almaniyanın “Bild” qəzeti yazır ki, bu, Almaniyanın Kil Dünya İqtisadiyyatı İnstitutunun monitorinqinin nəticələrindən sonra məlum olub.

 

İnstututun araşdırmasına əsasən, Ukraynaya silah tədarükü dövriyyəsi azalır: “İyunun 8-dən iyulun 1-dək silah tədarükü üzrə öhdəliklərə xüsusi əlavələr edilməyib, əksinə, ötən aylarla müqayisədə bu göstəricilər azalıb”.

 

Bildirilib ki, Qərb 80,7 milyard avro məbləğində yardım vəd edib.

 

“Polşa vədinə əməl etmək məsələsində liderdir. Bu ölkə Ukraynaya boyun olduğu silahların hamısını tədarük edib. Polşa qonşu dövlətə 1,8 milyard avro məbləğində silah-sursat və hərbi texnika vəd edib. Polşa silah göndərmək məsələsində yalnız ABŞ-dan geri qalır”, - qəzetdə bildirilib

 

Polşadan başqa vədinə 100 faiz əməl edən digər ölkələr bunlardır: Latviya, Fransa, İtaliya, Belçika, Lüksemburq, Finlandiya, Sloveniya, Avstriya və Bolqarıstan.

 

Vədlərinə 58-98 faiz əməl edənlər: Estoniya, Norveç, Çexiya, Niderland, Litva, Slovakiya, İspaniya, İsveç, Danimarka, Avstraliya.

 

ABŞ vəd etdiyi silahların 38,4 faizini tədarük edib, 61,6 faizini isə hələ verməyib.

 

Almaniya 675 milyon avro məbləğində silah verəcəyini boyun olsa da indiyədək bunun 39,9 faizinə (269 milyon avro) əməl edib, 60,1 faizinə əməl etməyib.

 

Bəzi ölkələr isə vədinin 1 faizini də yerinə yetirməyiblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.