İran Fordo nüvə obyektində 20%-ə qədər zənginləşdirilmiş uran istehsal edib.
Senzor.az “Əl-Cəzirə”yə istinadən bildirir ki, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi deyib.
Onun sözlərinə görə, ölkəsi azı iki həftə əvvəl yeni sentrifuqalara qaz vurulması barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verib.
Nümayəndə bu yaxınlarda İranın Fordo nüvə obyektində quraşdırılmış sentrifuqalarda 20%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyini vurğulayıb.