Ermənistan Mərkəzi Bankı (MB) “VTB-Ermənistan” bankının bir neçə filialının fəaliyyətinin dayandırılması barədə qərar verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Ermənistan MK məlumat yayıb.
Maraqlıdır ki, filialların qapadılması qərarı 1 iyuldan verilsə də, rəsmi açıqlama indi tirajlanıb.
Beləliklə, VTB-nin 10 filialı fəaliyyətini dayandırıb.
Qeyd edək ki, VTB Rusiyanın kommersiya bankıdır.