Birləşmiş Ştatlar İranın Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatı (PUA) verəcəyini düşünür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Qeyd olunub ki, PUA-ların bəziləri zərbə tipli olacaq.
Sallivan həmçinin deyib ki, ABŞ-da İranın Rusiya qüvvələrinə bu PUA-lardan istifadə etmək üçün təlim keçməyə hazırlaşdığını göstərən məlumatlar var.
Təhlükəsizlik müşaviri onu da etiraf edib ki, İranın bu cür cihazları Rusiyaya bu vaxta qədər tədarük edib-etmədiyini bilmirlər.