“Rusiyaya PUA verməmişik“
İRAN ABŞ-ın İDİASINI TƏKZİB ETDİ

İran PUA-larının Rusiyaya ötürülməsi ehtimalı ilə bağlı ABŞ-ın iddialarını təkzib edib.

 

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransı zamanı məsələ ilə bağlı deyib: “Rusiya və İran arasında bir sıra müasir texnologiyalar sahəsində əməkdaşlığın tarixi Ukraynada müharibədən əvvəlki dövrə gedib çıxır və son vaxtlar bu sahədə əməkdaşlıq o qədər də inkişaf etmir”.

 

N. Kənani qeyd edib ki, Ukrayna böhranı ilə bağlı İranın mövqeyi kifayət qədər aydındır və dəfələrlə bəyan edilib.

 

İranlı diplomat əlavə edib ki, ABŞ və Avropa illərdir işğalçı və təcavüzkar ölkələri, o cümlədən Qərbi Asiya regionunda yerləşən ölkələri müxtəlif ölümcül silahlarının anbarına çevirir.

 

Bir müddət əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın bu cür məlumatı haradan aldığını açıqlamadan və heç bir sübut təqdim etmədən İranın guya Rusiyaya PUA-larını təhvil verməyə hazırlaşdığını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.