Yaponiyanın sui-qəsd nəticəsində öldürülən sabiq Baş naziri Sindzo Abe bu gün dəfn edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə Tokionun ən qədim məbədlərindən birində az sayda insanın iştirakı ilə mərasim keçirilib.
Buna baxmayaraq sabiq Baş nazirlə vidalaşmaq üçün məbədə yüzlərlə insan gəlib. Daha sonra Abenin tabutu paytaxtın küçələrində gəzdirilib.
Abe Tokionun dəfn zallarından birində kremasiya olunub. Ölkədə dövlət bayraqları endirilib.