Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin sammitində iştirak etmək üçün oktyabrın ortalarında Belarusa səfər etmək niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Putinlə oktyabrın 15 -də Minskdə keçirilməsi planlaşdırılan MDB sammiti zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin konkret istiqamətlərini müzakirə etmək üçün razılaşmanın olduğunu bildirmişdi.