ABŞ hərbçiləri hava zərbəsi nəticəsində Suriyadakı İŞİD terror qruplaşmasının liderini məhv ediblər.
Xəbəri TASS ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən yayıb.
Məlumata görə, əməliyyat PUA-lar vasitəsilə Suriyanın şimal-qərbində həyata keçirilib. Nəticədə təşkilatın ilk beş liderindən biri və Suriyadakı qruplaşmasının rəhbəri Maher əl-Aqal öldürülüb. Maherlə yaxın əlaqələri olan yüksək rütbəli daha bir İŞİD nümayəndəsi isə ağır yaralanıb.