Şri-Lankanın yeni prezidenti hazırkı dövlət başçısı Qotabaya Rajapaksanın istefasından sonra namizədliyini irəli sürən və ya irəli sürmək niyyətində olan üç namizəd var.
Məlumatı qazeta.ru yayıb.
Bunlar iqtidardan Baş nazir Ranil Vikramasinqhe və Şri-Lanka Xalq Cəbhəsi Partiyasından (Şri-Lanka Podujana Peramuna, SLPP) Şri-Lanka parlamentinin üzvü Dulles Alahapperumadır.
Şri-Lanka müxalifəti də ölkənin aparıcı müxalifət birliyi Birləşmiş Milli Qüvvələrin (Samaqi Jana Balaveqaya, SJB) lideri Sajit Premadasunun namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Yeni prezidentin kimliyi iyulun 20-də keçiriləcək gizli səsvermə yolu ilə müəyyənləşəcək. O, ölkəyə Rajapaksadan qalan müddətə - 2024-cü ilin noyabrına qədər rəhbərlik edəcək.
Senzor.az bildirir ki, bu arada “France-Presse” Şri-Lanka Prezidenti Qotabaya Racapaksanın ölkəsini tərk etdiyi barədə məlumat yayıb.
Bildirilib ki, o, "An-32" təyyarəsində ailəsi ilə birgə Maldiv adalarına yola düşüb.
Xatırladaq ki, Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini ötən gün imzalayıb.