Rusiyadan qaz nəqli kəsiləndə Avropa İttifaqı dünyanın sonunu gözləməyə hazılaşacaq.
Bloomberg-in bazar ekspertlərinə istinadən yaydığı məlumatda belə deyilir.
Qeyd olunur ki, Rusiyadan gələn qazın alternativi sadəcə olaraq yoxdur. Ona görə də tədarükün mümkün dayandırılması faktı Mərkəzi Avropada ümumi şoka səbəb ola bilər və bu digər Aİ ölkələrinə də sarsıdıcı təsir edər.
Bundan əlavə, Avropanın qış üçün kifayət qədər qaz ehtiyatı olmaya bilər ki, bu da istər-istəməz onun istehlakının normalaşdırılmasına gətirib çıxaracaq. Bu vəziyyəti əsl iqtisadi böhran hesab etmək olar.
Analitiklər Avropa regionunda inflyasiyanın artıq on ilin ən yüksək həddinə çatdığından, Avropa mərkəzi banklarının öz iqtisadiyyatlarına kömək etmək üçün heç bir təsirli tədbir görə bilmədiklərindən təəssüflənirlər.(azvision.az)