Türkiyənin Muğla vilayətinin Datça rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yanğının söndürülməsinə 5 xüsusi təyyarə və 9 helikopter, həmçinin 30-dan çox yanğınsöndürən texnika cəlb edilib.
Hadisə ilə bağlı açıqlama verən Datça rayonunun rəhbəri Mesut Çoban yanğının söndürülməsi işlərinə dərhal başlanıldığını deyib.
Bildirilib ki, buna baxmayaraq, ərazidə əsən güclü külək və ətrafa yayılan qatı duman yanğının söndürülməsində çətinliklər yaradır.
Bu arada Türkiyənin İzmir şəhərində də meşədə yanğın başlaması barədə xəbər yayılıb. Bildirilib ki, yanğın hadisə Alaçatı ərazisində qeydə alınıb.
Hazırda burada da yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.