Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu ölkənin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Paşinyan qeyd edib ki, Ermənistan Fransa ilə minilliklər boyu mövcud olan zəngin erməni-fransız təmaslarına, eləcə də möhkəm sivilizasiya və dəyərlərə söykənən imtiyazlı dostluğu yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirir.
Paşinyan Makronu Ermənistana dövlət səfərinə dəvət edib.