Serbiya İrana qarşı yeni sanksiyalara qoşulmaqdan imtina etdi

Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd olan Serbiya bu təşkilatın İrana qarşı yeni sanksiyalarına qoşulmaqdan imtina edib.

 

“Euractiv” xəbər verir ki, 2006-cı ildən etibarən qüvvədə olan BMT sanksiyalarına əlavə olaraq Aİ müəyyən şəxslərə və təşkilatlara qarşı sanksiyalar qəbul edib.

 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ Şurasının İrana qarşı məhdudlaşdırıcı tədbirlər üzrə reqlamentin icrası qərarını təsdiq edib. Aİ üzvlüyünə namizəd olan İslandiya, Lixtenşteyn, Norveç, Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna və Moldova da bu qərara qoşulublar, Serbiya isə bundan imtina edib.

 

Xatırladaq ki, iyulun 11-də Belqradda Serbiya və İranın biznes dairələrinin görüşü keçirilib. Orada vurğulanıb ki, Serbiyanın İranla xarici ticarəti 2021-ci ildə 50,8 milyon dollar təşkil edib və bu, 2020-ci illə müqayisədə 115,2% çoxdur.

 

Onu da xatırladaq ki, Serbiya Ukraynaya müdaxiləsinə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını da dəstəkləmir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.