Yaxın gələcəkdə Kabildə polis bölmələri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlılarından və keçmiş hökumətə xidmət edən təhlükəsizlik xidməti əməkdaşlarından təşkil olunacaq.
Bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı məlumat yayıb.
“Hazırda Kabildə yerləşən “Taliban” qüvvələri tezliklə keçmiş hökumətin təhlükəsizlik qüvvələri və döyüşçülərimizdən ibarət birləşmiş polis qüvvəsi ilə əvəz olunacaq. Hamısının xüsusi fərqli geyim formaları olacaq”, - deyə telekanal radikalların nümayəndəsindən sitat gətirib.
APA qeyd edir ki, Kabil sakinləri “Taliban” rəhbərliyini küçələrdə keşik çəkən hüquq-mühafizə orqanlarının əməkdaşları üçün xüsusi forma hazırlamağa çağırıb.