ABŞ Prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandum imzalayıblar.
Bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi SPA məlumat yayıb.
“Səudiyyə Ərəbistanının energetika, investisiya, rabitə və səhiyyə nazirləri amerikalı həmkarları ilə 18 müqavilə bağlayıblar”, - agentlik bildirib.
Qeyd edilir ki, sazişlər kosmik, investisiya, enerji, rabitə və səhiyyə sahələrində bağlanıb.
Bundan əvvəl Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdüyü bildirilib.