Rusiya rəsmiləri silah daşıya bilən PUA-lara baxmaq üçün son həftələrdə ən azı iki dəfə İranın mərkəzindəki aerodromlara baş çəkiblər. PUA-ların Ukraynada davam edən müharibədə istifadəsi nəzərdə tutulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Evin yaydığı məlumatda belə deyilir.
Qeyd olunur ki, İran iyunun 8-də və iyulun 15-də Kaşan aerodromunda Rusiya rəsmilərinə pilotsuz təyyarələr nümayiş etdirib. ABŞ administrasiyası Rusiya nümayəndə heyətinin nəqliyyat təyyarəsi yerdə olarkən nümayiş etdirilən və aerodromda uçuşda olan Saegheh-191 (Azərbaycan dilində - “İldırım”) və Saegheh -129 pilotsuz təyyarələrinin peyk görüntülərini də yayımlayıb.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlamasında deyib ki, Administrasiyada İran hökumətinin Rusiyaya hazırlaşdığına dair məlumat var.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ İranın Rusiyaya artıq bir neçə yüz PUA verdiyi barədə məlumat yaymışdı. Amma Rəsmi Tehran həmin məlumatı təkzib etmişdi.