Ciddə sammitində neft hasilatının artırılması müzakirə olunmayıb
SƏUDİYYƏ ƏRƏBİSTANI RƏSMİSİ AÇIQLAMA VERDİ

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud iyulun 16-da Ciddədə ABŞ Prezidenti Co Baydenin iştirakı ilə keçirilən ərəb liderlərinin Təhlükəsizlik və İnkişaf Sammitinin yekunları ilə bağlı mətbuat konfransında neft hasilatının artırılması məsələsinin müzakirə olunmadığını bildirib. 

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, əlavə edib ki, qlobal neft bazarında tələbat əvvəlki kimi, “OPEC+” formatında müəyyən ediləcək. 

 

Nazirin sözlərinə görə, neft sektoruna sərmayələrin həcmi artırılmalıdır, əks halda, qiymətlər daha da qalxa bilər. Feysəl bin Fərhan diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının neft hasilatında maksimum potensialı gündəlik 13 milyon bareldir.

 

Xatırladaq ki, bundan əvvəl Ağ Ev Səudiyyə Ərəbistanının davamlı iqtisadi artımı təmin etmək üçün qlobal neft bazarını yenidən balanslaşdırmaq səylərini dəstəklədiyinə söz verdiyi barədə məlumat yaymışdı. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.