İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.
TASS bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 23,7 min nəfər əhalisi olan Bəndər Lingə şəhərindən 55 km şimal-şərqdə, 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.