Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, "VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini, 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb.
Onun sərnişini - 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Hacıyevin meyti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Qəzaya düşənlər Qusardan Xaçmaza toya gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.