Bakıda “Hyundai” 1 piyadanı vurdu və 3 maşına çırpıldı
FOTO

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

 

APA bildirir ki, hadisə Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, Salatın Əsgərova küçəsində yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı maşının sürücüsü yol nişanına məhəl qoymadan yolayrıcından sürətlə keçərkən Nail Seyidovun idarəetməsində olan “Changan” markalı avtomobilə çırpılıb, sonra yol kənarında dayanan piyadanı vurub. İdarəetmədən çıxan maşın daha sonra hərəkətsiz dayanan “Toyota Prius” markalı maşına və yol kənarındakı daha bir “Toyota” ya çırpılaraq dayanıb.

 

Bundan sonra hadisə şahidləri piyadanı və ağır xəsarət alan “Hyundai”ın sürücüsünü 1 nömrəli xəstəxanaya çatdırıblar.

 

Qəzanın baş verdiyi ərazidə yaşayan sakinlər bildiriblər ki, orada hər gün yol qəzaları qeydə alınır. Ərazidə yaşayan Nuşirəvan Sadıqov deyib ki, buna səbəb yol nişanlarının görünməməsidir.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar. Sürücülərin izahatı alınıb. Avtotexniki ekspertiza təyin edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.