Kəlbəcərdə minaya düşən Vüqar İsbəndiyarov hərbi hissə komandiridir - YENİLƏNİB

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb.

 

Senzor.az bildirir ki, Kəlbəcər hərbi prokurorluğunun məlumatında belə deyilir.

 

Qeyd olunur ki, iyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.

 

Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

 

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.

 

Onu da qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır. 


**20:32

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

 

Senzor.az bildirir ki, Müdafiə Nazirliyinin yaydığı yeni məlumatda belə deyilir. 

 

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - deyə məlumatda vurğulanıb.

 

**20:14


İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.