İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini - 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Senzor.az Şirvan Şəhər Prokurorluğuna istinadən bildirir ki, ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
**09:20
Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.
APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.
Həmin ünvanda kirayədə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib.
K.Qəmbərov daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.