Bərdədə ərini qətlə yetirən qadın tutulub.
Senzor.az bildirir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, iyulun 29-da Bərdə rayonu, Şorəli kənd sakini - 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.