Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.
“Qafqazinfo”nun məlumatına görə, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.
Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.