Təl-Əviv-Moskva (DME) marşrutu üzrə reysi yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.
Təəssüflər olsun ki, sərnişin uçuş zamanı dünyasını dəyişib.