Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücü 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub.
Daha sonra “Mercedes”i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirib və G.Məmmədovanı ikinci dəfə vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırma aparılır.