Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.
Senzor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.
Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisə nəticəsində, minik maşınında olan bir nəfər ölüb, xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov isə təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılıb.
Mərkəzdən verilən son məlumata görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.