Ermənistan ordusunda müəmmalı ölümlər - NƏ BAŞ VERİR?

Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, sıravi Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.

 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Bu gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. isə Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o da hərbi qulluqçu imiş.

 

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi Geqarkunik qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

 

"Report" xatırladır ki, bu, Ermənistan ordusunda son günlər ərzində üçüncü müəmmalı hərbçi ölümüdür. Belə ki, avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan da naməlum şəraitdə ölmüşdü.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.