Bakıda səfirlik avtomobili qəzaya düşüb.
“Qafqazinfo”nun məlumatına görə, Nəsimi rayonu, Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.