Tovuzda elektrik yarımstansiyasında yanğın olub

Tovuzda yarımstansiyada yanğın baş verib.

 

Senzor.az-ın məlumatına görə, hadisə Aşağı Öysüzlü kəndindəki elektrik yarımstansiyasında qeydə alınıb. 

 

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. 

Rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

 

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev bildirib ki, yanğına 6 kv-luq izolyasiyalı xətdə qızma nəticəsində kabelin yanması səbəb olub.

 

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - deyə o əlavə edib.

 

FHN-dən verilən məlumata görə isə, yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

 

Yarımstansiya yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.