İrəvanda ticarət mərkəzində partlayış və yanğın – 6 ÖLÜ, 61 YARALI, 18 NƏFƏRDƏN XƏBƏR YOXDUR...
YENİLƏNİB, VİDEO/FOTO

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 18 nəfər itkin düşüb.

 

Qeyd edək ki, partlayış ötən gün yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

**23:48(14.08.2022)


Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, üç nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır. Partlayış zamanı bazarda olan 25 nəfər itkin düşüb.

 

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

**20:41


Ermənistanın paytaxtı İrəvandakı ticarət mərkəzində baş verən güclü partlayış və yanğın nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb. 

 

Senzor.az erməni KİV-lərinə istinadən bildirir  xilasedicilər partlayış nəticəsində ölən bir qadının cəsədini dağıntılar altından çıxarıblar. Daha əvvəl partlayış nəticəsində 40-45 yaşlı kişinin öldüyü də bildirilmişdi. Onun şəxsiyyəti hələ müəyyən edilməyib.

Ticarət mərkəzindəki partlayışdan sonra qohumlarının əlaqə saxlaya bilmədiyi 20 nəfər haqqında isə hələ ki, məlumat yoxdur.

 

**16:54


Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 40-45 yaşlı kişi ölüb, xəsarət alanıların sayı 45 nəfərə çatıb. 

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralılardan 10-u həddi-büluğa çatmayanlardır. 

 

Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

**15:28


Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

 

Yerli KİV-in yazdığına görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

 

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.

 

O, hazırda xəstəxanaya 7 yaralının gətirildiyini, lakin onların sayının hər an dəyişə biləcəyini bildirib.

 

Hadisə yerinə ölkə rəsmiləri gəlib. 

 

Qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. 

 

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

 

Ərazini qatı tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər bir daha yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilib ki, ikinci partlayış təhlükəsi var.  

 

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

**14:24

Ermənistanda partlayış olub.

 

“Report”un məlumatına görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. 

 

Bildirilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

 

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

Ərazini tüstü bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.