Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metropoliteninin bütün stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bütün metrostansiyaların fəaliyyəti dayandırılıb. Ərazilərə xilasedicilər, mütəxəssislər cəlb edilib.
İrəvan Metropoliteninin mətbuat xidməti bildirib ki, axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib və metroda iş bərpa olunub.
**18:34
İrəvanda metroya bomba qoyulması barədə məlumatdan dərhal sonra sərnişinlər təxliyə edilib.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər və kinoloqlar ibarət briqadalar gedib. Təhlükəsizlik məqsədilə təxliyə işləri aparılıb.
Bundan başqa, parlamentə, hərbi və mülki obyektlərə də bomba qoyulması ilə bağlı məlumatlar daxil olub.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunun bütün stansiyalarının minalanması barədə avqustun 2-də də məlumat daxil olmuşdu. Amma aparılan yoxlamalardan sonra məlum oldu ki, məlumatlar yalan imiş...
Onu da qeyd edək ki, uzunluğu 12 km-dən artıq olan İrəvan metropoliteni 10 stansiyadan ibarətdir. Metropolitenin cəmi 45 vaqonu var.