Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş olub.
UNIAN bildirir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.
Hazırda yanğın davam edir.
Bir az əvvəl isə Canköy rayonunda ikinci partlayış baş verib. “RBK Ukraina” bildirir ki, partlayış ərazidəki transformator yarımstansiyasında olub.
Xatırladaq ki, bunlardan əvvəl Krımda hərbi aerodomda da partlayış olmuşdu.