Azərbaycan əsgəri qətlə yetirilib - TUTULAN VAR
YENİLƏNİB

Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

**19:06


"Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik".

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.