Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dmitri qızı Barinovanı vurub.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.