Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi sədrinin oğlunun toyunda nikah şahidi oldu
VİDEO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun oğlu - Mehmet Səlahəddin Şentop və Ayşegül Akbulutun toy mərasimində iştirak edib. 

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, toy mərasimi İstanbulda Beykoz Məcidiyyə qalasında baş tutub. Amma  Qaziantep və Mardində baş verən qəzalarda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq sadə tərzdə keçirilib (Qeyd edək ki, Qaziantep şəhəri yaxınlığında avtobus, təcili yardım, yanğınsöndürmə maşını və jurnalistlərin olduğu minik avtomobilinin iştirakı ilə qəza baş verib. Daha sonra Mardin vilayətində əyləc sistemi nasaz olan yük maşını insanların üzərindən keçib. Nəticədə iki qəzada 35 nəfər ölüb).

 

Toy mərasimində Pakistan Senatının sədri Sadiq Sancrani, Şimali Kipr parlamentinin sədri Zorlu Törə, Türkiyənin vitse-prezidenti Fuat Oktay, keçmiş baş nazir Binəli Yıldırım, Türkiyə siyasətçisi Bülənt Arınç və Prezident Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak ediblər. 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.