Xəbər verdiyimiz kimi, Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs Bodrumda yol qəzasına düşüb. O, digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.
“Hürriyet” qəzeti xəbər verir ki, müğənninin yerləşdirildiyi xəstəxanadan görüntüləri yayımlanıb.
O, vəziyyətinin yaxşı olduğunu mahnı oxumaqla göstərib. Xəstəxanadan verilən məlumata görə, sənətkarın ayağında iki sınıq var.
Məlumata görə, İ. Tatlısəs axşam saatlarında Yalıkavakda səhnəyə çıxacağı restorana gedərkən qəzaya düşüb.
**12:59
Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs Bodrumda qəzaya düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhər saatlarında Yalıkavak yolunda hərəkətdə olarkən qəza keçirən Tatlısəs yaralanıb.
Nəqliyyat vasitəsində sıxışıb qalan müğənninin xilas edilməsi üçün bölgəyə çox sayda xilasetmə qrupu cəlb edilib.
İbrahim Tatlısəsin yanında qızının da olduğu bildirilir.