Xankəndidə də baş verən partlayışla əlaqədar 4 nəfər saxlanılıb.
Bu barədə erməni mediası məlumat yayıb
Saxlanılanlar Xankəndi sakinləridir.
Qeyd edək ki, erməni mediası oksigen balonunun partladığını bildirsə də, erməni Teleqram kanalları oğurlanmış silah-sursatın qəsdən yandırıldığını iddia edir.
**15:26
Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərindəki partlayışın səbəbi məlum olub.
Erməni mediasının yazdığına görə, hadisə Tiqran Mets küçəsi 20 ünvanında yerləşən oksigen avadanlığı sexində yüksək təzyiqli konteynerlərin partlaması nəticəsində baş verib və ardınca yanğın başlayıb.
Hadisə yerinə xilasedicilərin cəlb edildiyi qeyd olunur.
**13:52
Bir neçə dəqiqə əvvəl Xankəndidə partlayış baş verib.
Senzor.az bildirir ki, bu barədə erməni Teleqram-kanalları məlumat yayıb.
Partlayışın səbəbi və itkilər haqqında hələ ki, məlumat yoxdur. Bir sıra teleqram-kanalların məlumatına görə, partlayışın səbəbi qaz balonu ola bilər.