Avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.
Senzor.az xatırladır ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü həlak olub. Hadisə ilə bağlı Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.
Vahid Ərəblinski Zaqatalanın doğulub-böyüdüyü Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları, döyüş yoldaşları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.