Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red.) xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan birinin kimliyi müəyyən olunub – bu, 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğludur.
Hadisənin təfərrüatı araşdırılır.