Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Senzor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kütahya-Bursa yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Xəsarət alan sərnişinlərin sayı isə 35-dir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Xatırladaq ki, dərəyə aşan avtobusun içində 47 turist olub.
**11:57
Türkiyənin Bursa şəhərində turist avtobusu qəzaya uğrayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kütahya şəhərindən yola çıxan avtobus Bursanın İnegöl rayonu ərazisində dərəyə yuvarlanıb.
Qəza nəticəsində avtobusda olan 47 sərnişindən 2-si ölüb, 28 nəfər xəsarət alıb.
Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara aparılıb.