İranla sərhəddə havaya atəş açıldı – QAÇAQMALÇILAR YÜKLƏRİNİ ATIB QAÇDILAR

Avqustun 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX)  Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib.

 

Senzor.az DSX-nın Mətbuat Mərkəzinə istinadən bildirir ki, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.

 

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.