“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanovun intihar etdiyi barədə məlumat yayılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb.
Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.
Digər versiyaya görə o, sadəcə ehtiyatsızlıqdan pəncərədən yıxılıb.
Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.