Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
**11:35
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.
APA-nın məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.
Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.