Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində silahlı insident baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dünən axşam saatlarında Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərov naməlum şəxslər tərəfindən güllələnib.
Ağır güllə yarası alan azərbaycanlı dünyasını dəyişib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.
Qətlin təfərrüatı məlum deyil. Polis araşdırmalara başlayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qətlə yetirilən Ceyhun Ələkbərov kriminal aləmə yaxın olub. O, Ceyhun Beyləqanlı adı ilə tanınıb. İddialara əsasən, onu güllələyən şəxs də Yadigar adlı azərbaycanlıdır.