Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlılar arasında atışma olub.
Senzor.az xatırladır ki, hadisə srağagün gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova (Ceyhun Beyləqanski kimi tanınan kriminal avtoritet) atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.
Yerli polisin apardığı axtarış-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlardan biri Rusiya vətəndaşı (L.Q.), digəri isə “Zyoma Masallinski” (Zeynal) kimi tanınan kriminal avtoritetdir.
Onların üzərindən 2 ədəd tapança aşkar edilib.
Faktla bağlı araşdırma davam etdirilir.