Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inzibati binada baş vermiş yanğın söndürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və alovun qarşısı alınıb.
**21:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın baş verən ərazidən yayılan videonu təqdim edirik: