Bakı sakini qardaşını qəbiristanlıqda qətlə yetirdi
ORAQLA

Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib.

 

Senzor.az bildirir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.