Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.
Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.
Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.